Fransa Rusiyaya qarşı 19-cu sanksiya paketinin tezliklə tətbiq edilməsini dəstəkləyir
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiya paketi "mümkün qədər tez" qəbul ediləcək.
“Sizinxeber.az”un “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Fransanın Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamen Addad bildirib.
"Tərəfdaşlarımızla işləməliyik. Biz bir-birinin ardınca 17-ci və 18-ci Aİ sanksiya paketlərini əsasən Fransanın fəal mövqeyi sayəsində qəbul etdik", - o qeyd edib.
B.Addadın sözlərinə görə, məqsəd Rusiyaya maksimum təzyiq göstərmək və xüsusilə enerji sahəsində onun resurslarını tükətməkdir.
Daha əvvəl xarici işlər naziri Jan Noel Barro “France Inter”ə bildirib ki, Fransa Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayacaq.
O bildirib ki, artıq komandalarına daha sərt sanksiya paketi hazırlamağı tapşırıb.
Oxşar xəbərlər
Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketinin yarısını Fransa XİN hazırlayıb
Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketi üzərində işləyir
ABŞ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayıb
Fransanın XİN başçısı Rusiyaya qarşı 17-ci sanksiya paketinin razılaşdırıldığını təsdiqləyib
Aİ-də Rusiyaya qarşı yeni sanksiyalar paketi üçün tədbirlərin hazırlanmasına başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













