Zelenski: Putin Krım ssenarisini təkrarlamağa çalışır
Rusiya prezidenti Vladimir Putin Krım ssenarisini təkrarlamağa çalışır, müharibədəki fasiləni işğal olunmuş ərazilərin qorunub saxlanılması ilə dəyişməyə çalışır. Ukrayna ölkənin parçalanmasının qarşısını almaq üçün cavab verməyə hazırlaşır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna lideri Volodimir Zelenskinin bəyanatına istinadən məlumat yayıb.
“Amerika tərəfi ilə təmaslar demək olar ki, müxtəlif səviyyələrdə gecə-gündüz davam edir. Biz hər şeyi açıqlamırıq. Putinin taktikasını hamı yaxşı görür”, - prezident qeyd edib.
Onun sözlərinə görə, Kreml rəhbəri sanksiyalardan qorxur və onlardan yayınmaq üçün hər şeyi edir:
“Ona Krımı almağa icazə verdilər və bu, Donetsk və Luqansk vilayətlərinin işğalına səbəb oldu”.
Oxşar xəbərlər
Putin Trampla görüşə hazırlaşdığını açıqlayıb
Zelenski Putinin təhdidlərinə sərt reaksiya verib
Ukrayna heyəti İstanbulda Putin və Zelenskinin mümkün görüşünü müzakirə etməyi planlaşdırır
Ukrayna Zelenski və Putin arasında birbaşa danışıqlar təklifi ilə çıxış edib
Putin Ukrayna ilə Pasxa atəşkəsini elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












