Zelenski Putinin təhdidlərinə sərt reaksiya verib
Ukrayna Prezidenti Volodimir Zelenski Kreml rəhbəri Vladimir Putinin Kiyev tərəfindən Rusiya aerodromlarına edilən zərbələrə cavab veriləcəyi ilə bağlı hədələrinə sərt reaksiya verib.
APA xəbər verir ki, bu barədə "Unian " məlumat yayıb.
“Putin cəzasızlıq hissi ilə yaşayır və Rusiyanın bütün dəhşətli hücumlarından sonra belə, güya hansısa "cavab tədbirləri’ hazırlayır”, – Zelenski bildirib.
Onun sözlərinə görə, müxtəlif səviyyələrdə Rusiya ilə danışanlar çox olub, lakin bu danışıqlar nə etibarlı sülhə, nə də müharibənin dayandırılmasına gətirib çıxarıb.
Prezidentin fikrincə, məhz Moskva sülh axtarmalıdır və orada anlamalıdırlar ki, bu müharibənin böyük bədəli var.
Ukrayna lideri hesab edir ki, əgər dünya ictimaiyyəti Putinin təhdidlərinə zəif reaksiya verərsə, bu, onun hərəkətlərinə göz yumulması kimi qəbul olunacaq.
Oxşar xəbərlər
Kreml Putinin Tramp-Zelenski mübahisəsinə reaksiyasını şərh edib
Zelenski İstanbul danışıqlarına getmək üçün şərtini açıqlayıb
Zelenski: Ukrayna nümayəndə heyətinin Londondakı əsas hədəfi qeyd-şərtsiz atəşkəsdir
Trampın müşaviri Uitkoff Putinin tərəfinə keçib - Zelenski
Zelenski: Trampı Putinin sülh istiqamətində nizamlanma ilə bağlı yalan danışdığına inandırmaq lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













