Eyfel qülləsindən paraşütlə tullanan şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Eyfel qülləsindən paraşütlə tullanan şəxs saxlanılıb


Paris polisi şənbə günü səhər Eyfel qülləsindən paraşütlə tullanan şəxsi saxlayıb.

“Report”un məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Le Journal du Dimanche" qəzeti yazıb.

Nəşrin məlumatına görə, üç gənc Eyfel qülləsinə 05:20-də (Bakı vaxtı ilə 07:20), abidənin ziyarətçilər üçün bağlı olduğu vaxt çıxıb.

Bir saat sonra onlardan biri paraşütlə qüllədən tullanıb və yerdə onu polis saxlayıb. Qeyd olunub ki, qanun pozucuları “memarlıq abidəsi olan binaya icazəsiz daxil olmaqda” ittiham olunublar.

Onların hərəkətləri ilə bağlı şikayət Eyfel Qülləsinin İstismar Cəmiyyətinin (SETE) nümayəndəsi tərəfindən verilib.

Oxşar xəbərlər

Fransada Eyfel qülləsi müvəqqəti bağlanıb
Polis Eyfel qülləsinə çıxmaq istəyən şəxsi saxlayıb
Gəncədə mübahisə zəminində iki nəfər bıçaqlanıb
Tailandda polis helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb
İspaniyalı cüdoçu Eyfel qülləsi altında evlilik təklifi alıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər