KİV: Uitkoff Qəzza razılaşmasını müzakirə etmək üçün Qətərin Baş naziri ilə görüşəcək
sizinxeber.az xəbər saytı

KİV: Uitkoff Qəzza razılaşmasını müzakirə etmək üçün Qətərin Baş naziri ilə görüşəcək


ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Qəzza zolağında münaqişənin həllini müzakirə etmək üçün şənbə günü İbitsa adasında danışıqlar aparmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, İsrailin Baş naziri Binyamin Netanyahunun Fələstin anklavını ələ keçirmək planı Nazirlər Kabineti tərəfindən təsdiqlənsə də, onun həyata keçiriləcəyi dəqiq vaxt yoxdur və bu da diplomatiya üçün “qapını açıq saxlayır”.

İsrail rəsmisinin sözlərinə görə, yəhudi dövləti və Fələstinin radikal HƏMAS hərəkatı müharibənin dayandırılması məsələsində tamamilə əks mövqedədirlər və bu, hazırkı mərhələdə hərtərəfli razılaşmanın müzakirəsini mənasız edir.

Oxşar xəbərlər

Misir XİN başçısı Qətərin Baş naziri ilə Qəzza sövdələşməsini müzakirə edib
KİV: HƏMAS Qahirədə Qəzzada atəşkəs təklifini müzakirə edəcək
Qətər HƏMAS-İsrail razılaşmasını təsdiqləyib
Tramp bu gün Qətərə səfər edəcək, Qəzzadakı vəziyyət müzakirə olunacaq
Qətərin Baş naziri: Dohada Qəzza üzrə danışıqlar hələ ki heç bir nəticə verməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər