Kreml: Putin və Cinpin ikitərəfli və beynəlxalq məsələləri müzakirə edib - YENİLƏNİB
Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığı zamanı ikitərəfli və beynəlxalq gündəliyin cari məsələlərini, həmçinin Putinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Çinə səfərini müzakirə edib.
“Sizinxeber.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Prezidenti iki ölkə arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət ruhunda avqustun 6-da ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff ilə söhbətinin əsas nəticələrini ÇXR sədrinə çatdırıb. Si Cinpin verilən məlumata görə təşəkkür edərək Ukrayna böhranının uzunmüddətli nizamlanmasına dəstəyini ifadə edib”, - məlumatda deyilir.
Çin Ukrayna məsələsinin həllinə kömək etməyə davam edəcək.
"Sizinxeber.az"un Çin mediasına istinadən verdiyi məlumata görə, bunu ÇXR sədri Si Cinpin rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.
"Çin sülhə və danışıqlara töhfə verməyə davam edəcək. Mürəkkəb məsələlərin sadə həlləri yoxdur", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Çin lideri Moskvada regional məsələləri müzakirə edəcək
Putin və Uitkoff Ukraynada nizamlanma və Rusiya-ABŞ əməkdaşlığını müzakirə ediblər - YENİLƏNİB-2
Pezeşkian BRICS sammitində Rusiya və Çin liderləri ilə görüşməyi planlaşdırır
Lavrov: Putin və Si Cinpin arasında görüşlər Rusiya-Çin münasibətlərinə xüsusi təkan verir
Vladimir Putin Si Cinpinlə danışıqlar aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













