Tramp Vaşinqtonda polislərin sayının artırılmasını tapşırıb
Vaşinqtonda cinayətkarlıq səviyyəsinin artması və bu yaxınlarda Dövlət Səmərəliliyi Departamentinin (DOGE) keçmiş əməkdaşı Edvard Koristinə hücum fonunda şəhərdə hüquq-mühafizə orqanları əməkdaşlarının sayı artırılır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Hill” qəzeti Ağ Evin mətbuat katibi Karolina Levittə istinadən yazır.
"Prezident Donald Tramp vətəndaşları qorumaq üçün federal hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayının artırılması barədə göstəriş verib. Bu axşamdan etibarən cinayətkarlar artıq Kolumbiya dairəsində sığınacaq tapa bilməyəcəklər", - o bildirib.
Bu arada, CNN telekanalı qeyd edib ki, FTB, Milli Qvardiya və Daxili İşlər Nazirliyi, Miqrasiya və Gömrük Polisinin (ICE), federal agentlərinə Vaşinqtonda qoşun yerləşdirilməsinə hazır olmaq əmri verilib.
Nəşrin məlumatına görə, bu tədbirlər FTB və ICE də daxil olmaqla ondan çox müxtəlif qurumu əhatə edəcək.
Oxşar xəbərlər
Vaşinqtonda seçkilərin təhlükəsizliyini təmin etmək üçün Milli Qvardiya cəlb ediləcək
KİV: Tramp ABŞ-nin cənub sərhədini qorumaq üçün hərbçilər göndərəcək
Tramp NATO-nun baş katibi ilə görüşəcək
Kaliforniya qubernatoru Trampın ştatda qoşun yerləşdirmək qərarına qarşı çıxıb
ABŞ-nin bir neçə ştatında Milli Qvardiya hazır vəziyyətə gətirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













