Vaşinqtonda seçkilərin təhlükəsizliyini təmin etmək üçün Milli Qvardiya cəlb ediləcək
Vaşinqton ştatının Milli Qvardiyası prezident seçkiləri dövründə yerli hüquq-mühafizə orqanlarına təhlükəsizliyin qorunmasında kömək edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə regionun qubernatoru Cey İnslinin bəyanatında deyilir.
“Qvardiya dörd gün ərzində – 4-7 noyabr tarixlərində hazır vəziyyətdə olacaq”, – bəyanatda qeyd olunub. Lazım gələrsə, milli qvardiyaçılar yerli hüquq-mühafizə orqanlarına kömək etməlidirlər.
Bildirilib ki, bu qərar qubernator tərəfindən “yalnız ehtiyat tədbiri kimi” ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin “seçki infrastrukturuna” mümkün təhdidlər barədə xəbərdarlığına və Vaşinqton və Oreqon ştatlarında seçki qutularının yandırılması ilə əlaqədar qəbul edilib.
Vaşinqton ştatının Milli Qvardiyasının rəhbərliyi bu dövrdə təhlükəsizliyin təmin edilməsində iştirak edəcək əməkdaşlarının sayını müəyyən edəcək.
Oxşar xəbərlər
Qazaxıstanın Talqar şəhərinə yeniyetmənin öldürülməsindən sonra Milli Qvardiya yeridilib
Minnesota ştatının qubernatoru ABŞ-də vitse-prezident postuna rəsmən namizəd olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
