Kaliforniya qubernatoru Trampın ştatda qoşun yerləşdirmək qərarına qarşı çıxıb
sizinxeber.az xəbər saytı

Kaliforniya qubernatoru Trampın ştatda qoşun yerləşdirmək qərarına qarşı çıxıb


Kaliforniya qubernatoru Qevin Nyusom Trampın ştatda Milli Qvardiya qoşunlarını yerləşdirmək qərarını “məqsədyönlü şəkildə təxribatçı” adlandırıb. Onun sözlərinə görə, yerli hüquq-mühafizə orqanları vəziyyətə nəzarət edir, federal hakimiyyət isə sadəcə tamaşa yaradır.

“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Ağ ev qoşunların yerləşdirilməsini “qanunsuzluğun qarşısını almaq və qeyri-qanuni cinayətkarların müdaxiləsini dayandırmaq” zərurəti ilə əsaslandırır. Ağ evin mətbuat katibi Karolayn Livitt bildirib ki, Kaliforniyanın demokratları “vətəndaşları qorumaq vəzifəsini tamamilə nəzərə almayıblar”. Bununla belə, Los-Anceles polisinin məlumatına görə, şənbə günü etirazlar dinc xarakter daşıyıb.

Paramaunt şəhərətrafı ərazisində nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və səs-işıq qumbaraları tətbiq edilib. Dörd nəfər həbs olunub. Etirazlar immiqrasiya xidmətinin reydləri zamanı 44 miqrantın saxlanılmasından sonra baş qaldırıb.

Hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələr Milli Qvardiyanın yerləşdirilməsini əks-təsir göstərə biləcək həddini aşmış tədbir adlandırırlar. Bu, 1992-ci ildən bəri ştat hakimiyyətinin sorğusu olmadan Los-Ancelesə qoşunların məcburi göndərilməsinin ilk halıdır.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp etiraz aksiyaları zamanı maska taxmağa qadağa qoyub.

Oxşar xəbərlər

Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb
Tramp Milli Qvardiyaya Los-Ancelesdə iğtişaşların qarşısını almaq yönündə fəaliyyətinə görə təşəkkür edib - YENİLƏNİB
Tramp iğtişaşları yatırmaq üçün Milli Qvardiyanı Los-Ancelesə göndərir
Tramp iğtişaşları yatırmaq üçün Milli Qvardiyanı Los-Ancelesə göndərir - YENİLƏNİB
Tramp: Kaliforniya qubernatoru istefa verməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər