Ticarət Nazirliyi: ABŞ gömrük rüsumlarından ayda 50 milyard dollar gəlir əldə etməyi planlaşdırır
ABŞ gömrük rüsumlarından ayda təxminən 50 milyard dollar gəlir əldə etməyi planlaşdırır.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin ticarət naziri Hovard Latnik bildirib.
"Keçən ay ümumi məbləğ 30 milyard dollardan bir qədər çox olub. Gecə yarısından etibarən rüsumlar artırılıb. Düşünürəm ki, biz ayda 50 milyard dollar məbləğində gəlirə doğru irəliləyirik", - o qeyd edib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp avqustun 7-də gecə saatlarında rüsumların qüvvəyə mindiyini təsdiqləyib. Ağ Ev rəhbəri müvafiq fərmanı avqustun 1-də imzalayıb.
Sənədə əsasən, 60-dan çox ölkəyə və Avropa İttifaqına 15-41 faiz rüsum tətbiq edilir. Ən yüksək rüsumlar Suriya (41 %), Laos (40 %), Myanma (40 %), İsveçrə (39 %), İraq (35 %) və Serbiya (35 %) üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Tramp: Rüsumlar ABŞ-yə 88 milyard dollar gəlir gətirib
ABŞ 10 ildə idxal rüsumlarından 6 trilyon dollar gəlir əldə edəcək
Tramp: Gömrük rüsumları ABŞ-yə gündəlik 2 milyard dollar qazandırır
ABŞ-nin rüsumları Polşaya 2,2 milyard dollar ziyan vuracaq
Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













