Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib
sizinxeber.az xəbər saytı

Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib


ABŞ prezidenti Donald Tramp təsdiq edib ki, qarşılıqlı tariflər avqustun 7-də gecə yarısı (Bakı vaxtı ilə 08:00) qüvvəyə minib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social”da yazıb:

“Qarşılıqlı tariflər gecə yarısı qüvvəyə minib”, - deyə o bildirib.

Trampın fikrincə, idxal tarifləri Amerika iqtisadiyyatına, ilk növbədə, illərdir ABŞ-la ticarət əlaqələrindən sui-istifadə edən ölkələrdən milyardlarla dollar cəlb edəcək.

Avqustun 1-də Tramp 60-dan çox ölkə və Avropa İttifaqına 15%-dən 41%-ə qədər tariflər tətbiq edən sərəncam imzalayıb.

Ən yüksək tariflər Suriya (41%), Laos (40%), Myanma (40%), İsveçrə (39%), İraq (35%) və Serbiya (35%) kimi ölkələr üçün müəyyən edilib.

Oxşar xəbərlər

Tramp: Bir çox ölkələrin liderləri rüsumları aşağı salmağı xahiş edirlər
Tramp: Bir çox ölkələrin liderləri rüsumları azaltmağı xahiş edirlər
KİV: Milyarder Baffett Trampın ticarət siyasətini tənqid edib
ABŞ bu gün Kanada və Meksika mallarına rüsumların azaldılmasını elan edə bilər
Tramp xarici məhsullara rüsumların tətbiqində istisnalara yol verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər