Liverpulda avtomobilin izdihamı vurması nəticəsində azı 27 nəfər xəsarət alıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
03:00

Liverpulda avtomobilin izdihamı vurması nəticəsində azı 27 nəfər xəsarət alıb - YENİLƏNİB

27 may, 2025
03:00
565

Liverpulda avtomobilin izdihamı vurması nəticəsində azı 27 nəfər xəsarət alıb - YENİLƏNİB

Böyük Britaniyanın Liverpul şəhərində sürücünün avtomobili izdihamın üzərinə sürməsi nəticəsində dördü uşaq olmaqla 27 nəfər xəstəxanaya aparılıb.

“Report” xəbər verir ki, bunu təcili yardım xidmətinin nümayəndəsi Deyv Kitçin mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hadisə yerinə gələn həkimlər yüngül xəsarətlər alan və xəstəxanaya yerləşdirilməsi tələb olunmayan daha 20 nəfərə yardım edib.

Baş polis rəisinin köməkçisi Cenni Simms hadisənin terror hücumu kimi qiymətləndirilmədiyini bildirib.

"Sizə deyə bilərəm ki, bunu bir hadisə kimi qiymətləndiririk. Hadisəyə terror aktı kimi baxılmır. Avtomobil hadisə yerində dayanıb və sürücü olduğu güman edilən Liverpuldan olan 53 yaşlı britaniyalı saxlanılıb. Hadisəyə səbəb olan halların müəyyən edilməsi üçün geniş araşdırma aparılır, insanların təxmin etməmələri və sosial mediada dezinformasiya yaymamaları çox vacibdir”, - o deyib.

26.05.2025.22:36

Liverpulda sürücü yerli futbol klubunun İngiltərə Premyer Liqasındakı çempionluğunu qeyd edən insanların üzərinə avtomobil sürüb.

"Report" bu barədə "The Telegraph"a istinadən xəbər verir.

Şahidlərin sözlərinə görə, hadisə nəticəsində 17 nəfər xəsarət alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq avtomobilin sürücüsünü saxlayıblar; hadisənin motivləri haqqında heç bir məlumat yoxdur.

Bizimlə əlaqə saxlayın