ABŞ-nin yeni tarifləri Hondurasa təsir etməyəcək
Honduras ABŞ-nin yeni idxal rüsumlarına məruz qalan ölkələr arasında deyil.
“Sizinxeber.az”un xəbərinə görə, bunu Vaşinqtonda keçirilən danışıqların yekunları üzrə respublikanın xarici işlər naziri Xavyer Bu Soto bildirib.
Nazirin sözlərinə görə, tərəflər ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə ikitərəfli əməkdaşlıq çərçivəsində ticarətin sadələşdirilməsi, iqtisadiyyatın əsas sektorlarında tariflərin azaldılması, həmçinin təhlükəsizlik, miqrasiya və iqtisadi inkişaf məsələlərinin müzakirəsi üzrə işi davam etdirmək barədə razılığa gəliblər.
“Vaşinqtona rəsmi səfərimiz çərçivəsində biz ABŞ hökumətinin ticarət nazirinin müavini Uilyam Kimmit tərəfindən Hondurası yeni əlavə 10 faizlik rüsumlardan kənarlaşdırmaq barədə açıqlamasını alqışladıq. Görüş zamanı biz rüsumlar, ikitərəfli ticarət və okeanlararası dəmir yolu layihəsini ətraflı müzakirə etdik”.
Oxşar xəbərlər
Tramp Britaniya ilə ticarət razılaşması əldə edildiyini açıqlayıb
Hindistan ABŞ ilə yeni ticarət sazişinə nail olmağa çalışacaq
Samir Şərifov Belarus xarici işlər nazirinin müavini ilə görüşüb
Ceyhun Bayramov Moldova XİN-in dövlət katibini qəbul edib, siyasi məsləhətləşmələr aparılıb
Gürcüstan və ABŞ Amerikanın yeni administrasiyası ilə əməkdaşlığı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











