Qubada Dağ yəhudilərinin musiqi irsinə həsr olunan tədbir təşkil olunub
Qubanın Qırmızı Qəsəbə ərazisində yerləşən Dağ Yəhudiləri Muzeyində "Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə" adlı xüsusi fotosərgi və konsert proqramı təşkil olunub.
"Report"un Şimal bürosunun məlumatına görə, sərgi "STMEGİ" Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun və Dağ Yəhudilərinin İrsi Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Məqsədi dağ yəhudilərinin əsrlər boyu qorunub saxlanılan, nəsildən-nəsilə ötürülən, yerli icmanın mənəvi və mədəni dəyərlərinin formalaşmasında mühüm rol oynayan zəngin mədəniyyətini və musiqi irsini nümayiş etdirməkdir.
Tədbirdə millət vəkilləri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, yerli icra hakimiyyəti orqanlarının rəsmiləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Dağ Yəhudilərinin İrsi Mərkəzinin direktoru İgor Şaulov dağ yəhudilərinin musiqi irsinin təkcə bir icmanın mədəni sərvəti deyil, həm də Azərbaycanın multikultural dəyərlərinin və zəngin mədəni müxtəlifliyinin ayrılmaz bir parçası olduğunu bildirib. O, Qırmızı Qəsəbənin tolerantlığın, multikulturalizmin və birgəyaşayış ənənələrinin canlı simvolu olduğunu vurğulayaraq bu formatlı tədbirlərin xalqlar arasında mədəni dialoqun və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib. Çıxışının sonunda İqor Şaulov tədbirin təşkilində xüsusi rol oynayan "STMEGİ" Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fonduna təşəkkür edərək dağ yəhudilərinin tarixini, adət-ənənələrini və musiqi mədəniyyətini gənc nəslə çatdırmaq üçün bu formatlı tədbirlərin gələcəkdə də davamlı təşkil olunacağını qeyd edib.
Tədbir çərçivəsində ziyarətçilərə Dağ Yəhudilərinin musiqi mədəniyyətinin inkişafının müxtəlif mərhələlərini əks etdirən tematik fotosərgi nümayiş olunub.
Bununla yanaşı sərgidə İsraildən xüsusi dəvət olunan "Jerusalem Cantors Choir" ansablının yəhudi musiqi ənənələrini özündə əks etdirən musiqi kompozisiyaları təqdim olunub.
Tədbir çərçivəsində rəsmilər və diplomatik nümayəndələr üçün Qırmızı Qəsəbəyə tanışlıq səfəri təşkil olunub.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Dağ Yəhudiləri Muzeyini ziyarət edib - FOTO
Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münhendə təqdim olunub
Dağ Yəhudiləri İrsi Mərkəzinin rəhbəri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
“Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirilib
Qırmızı Qəsəbənin yaradılmasının 290-cı ilinə həsr olunan sərgi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
-
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
-
Vuçiç: Mən nə Rusiya, nə də başqa bir ölkənin adamıyam
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
Almaniya Avropanın ən güclü ordusunu qurmağa hazırlaşır
