ABŞ Prezidenti: Kanada ilə ticarət sazişi bağlaya bilməyəcəyik
sizinxeber.az xəbər saytı

ABŞ Prezidenti: Kanada ilə ticarət sazişi bağlaya bilməyəcəyik


ABŞ Kanada ilə ticarət sazişi bağlaya bilməyəcək.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

"Kanada indicə Fələstin dövlətini dəstəklədiyini elan edib. Buna görə də onlarla ticarət sazişi bağlamaq bizim üçün çox çətin olacaq", - o qeyd edib.

Qeyd edək ki, Kanada Fransa, Böyük Britaniya və Maltanın ardınca Fələstin dövlətini tanımaq barədə planlanı olduğunu elan edib. Kanadanın Baş naziri Mark Karni bildirib ki, bu, sentyabrda baş verəcək.

M.Karninin sözlərinə görə, bu addım demokratik islahatlardan, o cümlədən Fələstin administrasiyasının gələn il HƏMAS-ın iştirakı olmadan seçkilər keçirməsindən asılıdır.

Oxşar xəbərlər

Tramp: Kanada ilə ticarət sazişi müzakirələrinə son verilib
Kanada Fələstin dövlətini tanıya bilər
Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir
Meksika Prezidenti Kanada Baş naziri ilə telefon danışığı aparıb
Tramp: Kanada vergiləri azaltmaq üçün ABŞ-nin 51-ci ştatı olmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər