Meksika Prezidenti Kanada Baş naziri ilə telefon danışığı aparıb
Meksika Prezidenti Klaudiya Şeynbaum Kanada Baş naziri Mark Karni ilə telefon danışığı aparıb, danışıq zamanı onu rəsmi vəzifəyə başlaması münasibətilə təbrik edib və əməkdaşlığın əsas məsələlərini müzakirə edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Latın Amerika ölkəsinin Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
“Prezident Klaudiya Şeynbaum Kanada Baş naziri Mark Karni ilə telefon danışığı aparıb və onu mandatının təsdiqlənməsi münasibətilə təbrik edib. Onlar ikitərəfli münasibətlərin prioritet məsələlərini, Müvəqqəti Kənd Təsərrüfatı İşçiləri Proqramının davam etdirilməsi və gücləndirilməsini, həmçinin Şimali Amerikanın üç ölkəsinin rəqabət qabiliyyətinin gücləndirilməsi üçün T-MES-in (Meksika-ABŞ-Kanada ticarət müqaviləsi - red.) əhəmiyyətini müzakirə ediblər”, – paylaşımda qeyd olunub.
Liderlər arasında əlaqə Karninin yeni Kanada hökumətinin tərkibini elan etməsindən qısa müddət sonra baş tutub. Yeni hökumətə xarici işlər, müdafiə, beynəlxalq ticarət və Kanada – Amerika qarşılıqlı əlaqələri üzrə yeni nazirlər daxil edilib. Karni bununla əlaqədar bildirib ki, onun kabineti “kanadalıların istədiyi və layiq olduğu dəyişiklikləri həyata keçirmək üçün formalaşdırılıb”.
Oxşar xəbərlər
KİV: Tramp Trüdo ilə telefon danışığı aparıb
Mark Karni: Kanada satılmır, heç vaxt satılmayacaq
Meksika və Braziliya liderləri ABŞ-nin yeni rəhbərliyi ilə münasibətlərin inkişafına hazırdır
Mark Karni Kanadanın yeni Baş naziri kimi and içib
ABŞ bu gün Kanada və Meksika mallarına rüsumların azaldılmasını elan edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












