Ailəsi daş uçqununa məruz qalan olimpiya çempionunun ölümünü təsdiqləyib
sizinxeber.az xəbər saytı

Ailəsi daş uçqununa məruz qalan olimpiya çempionunun ölümünü təsdiqləyib


Biatlon üzrə ikiqat olimpiya çempionu, almaniyalı Laura Dalmayer Pakistanda dağlarda daş uçqunu altında qalaraq ölüb.

“Report” xəbər verir ki, bu barədə DPA agentliyi idmançının ailəsinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Dalmayer vəsiyyətində öləcəyi təqdirdə cəsədinin elə dağlarda qalmasını istəyib.

Qeyd edək ki, 31 yaşlı idmançının xilas edilməsi əməliyyatı iyulun 29-da başlayıb. O, iyulun 28-də Qaraqorum dağlarında təxminən 5,7 min metr hündürlükdə olan Layla zirvəsinə qalxarkən qaya daşlarının uçqunu altında qalıb.

Xatırladaq ki, Dalmayer Pxençxanda keçirilən 2018 Qış Olimpiya Oyunlarında sprint və təqib yarışında qalib gəlib, həmçinin fərdi yarışda üçüncü oldu. O, yeddiqat dünya çempionu, 2017-ci ildə Böyük Kristal Qlobusun qalibi olub.

Oxşar xəbərlər

Pakistanda daş uçqunu altında qalan olimpiya çempionunun axtarışlarına başlanıb
Üçqat olimpiya və yeddiqat dünya çempionu olmuş güləşçi vəfat edib
Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu vəfat edib
İkiqat olimpiya çempionu vəfat edib
5 qat olimpiya çempionunun evi qarət edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər