sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
5 qat olimpiya çempionunun evi qarət edilib
Avstraliyalı sabiq üzgüçü, 5 qat olimpiya çempionu İan Torpun Sidneydəki evi qarət edilib.
“Sizinxeber.az”un “9News”ə istinadən məlumatına görə, 42 yaşlı idmançının şəxsi əşyaları, bahalı saatları və qızıl-zinət əşyaları oğurlanıb.
Lakin oğrular onun medallarını götürməyiblər. Zərərçəkmiş hadisə barədə polisə məlumat verib. Ona vurulan ziyan 100.000 dollar dəyərində qiymətləndirilib.
Qeyd edək ki, İ.Torp olimpiya oyunlarında beş qızıl medalla yanaşı, üç gümüş və bir bürünc medal da qazanıb. 11 qat dünya çempionu olan avstraliyalı qitə yarışlarında bir gümüş və bürünc medal da əldə edib.
Oxşar xəbərlər
Altıqat olimpiya çempionu karyerasını bitirib
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü pillədə qərarlaşıb
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü sırada yer alıb
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü yerdə qərarlaşıb
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













