Meksikada Kamçatka zəlzələsi ilə bağlı sunami xəbərdarlığı edib
sizinxeber.az xəbər saytı

Meksikada Kamçatka zəlzələsi ilə bağlı sunami xəbərdarlığı edib


Meksika Hərbi Dəniz Qüvvələrinin Sunami Xəbərdarlıq Mərkəzi Kamçatkada baş verən zəlzələdən sonra respublikanın qərb sahilləri üçün sunami təhlükəsi barədə xəbərdarlıq edib.

“Sizinxeber.az” xarici mətbuata istinadən xəbər verir ki, dalğaların hündürlüyü 1 metrə çata bilər.

“Xəbərdarlıq ləğv olunana qədər çimərliklərdən uzaq olmaq tövsiyə olunur. Limanların girişlərində güclü axınlar gözlənilir, ona görə də limanlardakı gəmilərə xüsusi diqqət yetirilməlidir”, - məlumatda əlavə edilib.

Qeyd edək ki, bu səhər Kamçatkada 8,7 bal gücündə zəlzələ baş verib. Regional Səhiyyə Nazirliyinin məlumatına görə, təcili yardım briqadalarına müraciətlərin sayı artıb.

Hakimiyyət orqanları xidmət və şöbələrin işini əlaqələndirmək üçün regional qərargah yaradıb.

Eyni zamanda 30 sm hündürlüyündə sunami dalğası Yaponiyaya çatıb, Saxalin vilayətində Severo-Kurilsk limanı və balıqçılıq müəssisəsi su altında qalıb.

Oxşar xəbərlər

Severo-Kurilsk limanı və “Alaid” balıqçılıq müəssisəsi su altında qalıb
Kamçatkada ardıcıl üç zəlzələ olub, sunami xəbərdarlığı edilib
Rusiyada güclü zəlzələ olub, ölkələrdə sunami təhlükəsi edilib və insanlar təxliyə edilir
Rusiyada güclü zəlzələ olub, üç ölkədə sunami təhlükəsi edilib və insanlar təxliyə edilir
ABŞ-də 7 maqnitudada zəlzələ olub, sunami xəbərdarlığı edilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər