Sizinxeber.az » DÜNYA » Region » Rusiyada güclü zəlzələ olub, ölkələrdə sunami təhlükəsi edilib və insanlar təxliyə edilir

Rusiyada güclü zəlzələ olub, ölkələrdə sunami təhlükəsi edilib və insanlar təxliyə edilir

Rusiyanın Severo-Kurilsk şəhərində 7,9 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, sunami təhlükəsi elan edilib, sakinlər təxliyə edilir. Təcili yardım xidmətləri tam gücü ilə işləyir, vəziyyət nəzarət altındadır.

Ərazidə insanların təhlükəsizliyinin təmin edilməsi, normal həyatın bərpası üçün bütün zəruri tədbirlər görülür. Zəlzələ Petropavlovsk-Kamçatskidəki 15 saylı uşaq bağçasının binasında divarın uçmasına səbəb olub.

Yaponiya və ABŞ-də sunami təhlükəsi elan edilib. Yaponiyanın Milli Meteorologiya İdarəsi bildirib ki, Kamçatkadakı zəlzələdən sonra ölkənin şərq və şimal-şərq sahillərinə doğru istiqamətlənən sunaminin hündürlüyü 3 m olacaq. Ölkənin şərq, şimal-şərq və şimal hissələrində sahilyanı ərazilərin sakinləri təcili olaraq təxliyə olunmağa çağırılır. Sunaminin ilk dalğalarının yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 06:30) Yaponiyanın Sakit okean sahillərinə çatacağı gözlənilir.

Yaponiyanın “Tokyo Electric Power” (TEPCO) enerji şirkətinin sunami təhlükəsi ilə əlaqədar “Fukusima-1” AES-dən təmizlənmiş suyun axıdılmasının növbəti mərhələsini dayandırıblar. Stansiya əməkdaşları da təxliyyə həyata keçirib. Bunun ölkədə sunami təhlükəsi elan olunduğu halda standart təhlükəsizlik proseduru olduğu vurğulanır. “Fukusima-1” AES Sakit okean sahilində yerləşir.

ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) Kamçatkada baş verən zəlzələ ilə əlaqədar sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Bu arada Kamçatkanın Yelizovski rayonunda, “Vodopadnaya” meteostansiyasının yaxınlığında dalğanın hündürlüyü 3-4 m olan sunami qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !