Rusiyada güclü zəlzələ olub, üç ölkədə sunami təhlükəsi edilib və insanlar təxliyə edilir
sizinxeber.az xəbər saytı

Rusiyada güclü zəlzələ olub, üç ölkədə sunami təhlükəsi edilib və insanlar təxliyə edilir


Rusiyanın Severo-Kurilskdə 7,9 bal gücündə zəlzələ baş verib.

“Sizinxeber.az” xəbər verir ki, sunami təhlükəsi elan edilib, sakinlər təxliyə edilir. Təcili yardım xidmətləri tam gücü ilə işləyir, vəziyyət nəzarət altındadır.

Ərazidə insanların təhlükəsizliyinin təmin edilməsi, normal həyatın bərpası üçün bütün zəruri tədbirlər görülür. Zəlzələ Petropavlovsk-Kamçatskidəki 15 saylı uşaq bağçasının binasında divarın uçmasına səbəb olub.

Yaponiya və ABŞ-də sunami təhlükəsi elan edilib. Yaponiyanın Milli Meteorologiya İdarəsi bildirib ki, Kamçatkadakı zəlzələdən sonra ölkənin şərq və şimal-şərq sahillərinə doğru istiqamətlənən sunaminin hündürlüyü 3 m olacaq. Ölkənin şərq, şimal-şərq və şimal hissələrində sahilyanı ərazilərin sakinləri təcili olaraq təxliyə olunmağa çağırılır. Sunaminin ilk dalğalarının yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 06:30) Yaponiyanın Sakit okean sahillərinə çatacağı gözlənilir.

Yaponiyanın “Tokyo Electric Power” (TEPCO) enerji şirkətinin sunami təhlükəsi ilə əlaqədar “Fukusima-1” AES-dən təmizlənmiş suyun axıdılmasının növbəti mərhələsini dayandırıblar. Stansiya əməkdaşları da təxliyyə həyata keçirib. Bunun ölkədə sunami təhlükəsi elan olunduğu halda standart təhlükəsizlik proseduru olduğu vurğulanır. “Fukusima-1” AES Sakit okean sahilində yerləşir.

ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) Kamçatkada baş verən zəlzələ ilə əlaqədar sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Bu arada Kamçatkanın Yelizovski rayonunda, “Vodopadnaya” meteostansiyasının yaxınlığında dalğanın hündürlüyü 3-4 m olan sunami qeydə alınıb.

Oxşar xəbərlər

Yaponiyada 6,6 maqnitudalı zəlzələ baş verib, sunami təhlükəsi elan edilib
Yaponiya sahillərində güclü zəlzələdən sonra sunami baş verib
Yaponiyada zəlzələdən sonra sunami xəbərdarlığı ləğv edilib – YENİLƏNİB
Yaponiyada baş verən güclü zəlzələ zamanı xəsarət alanların sayı 12 nəfərə çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər