Husilər İsraillə işləyən bütün gəmiləri hədəfə alacaq
sizinxeber.az xəbər saytı

Husilər İsraillə işləyən bütün gəmiləri hədəfə alacaq


Yəməndəki üsyançı "Ənsar Allah" hərəkatından olan husilər İsrail limanları ilə işləyən bütün şirkətlərin gəmilərinə zərbələr endirmək niyyətindədirlər.

"Report"un məlumatına görə, bu barədə üsyançılar tərəfindən formalaşdırılan silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria bildirib.

"Yəmən silahlı qüvvələri [fələstinliləri] dəstəkləmək üçün hərbi əməliyyatlarını gücləndirmək və düşmənin dəniz blokadasının dördüncü mərhələsinin həyata keçirilməsinə başlamaq qərarına gəlib. Bu, milli mənsubiyyətindən və silahlı qüvvələrin çata biləcəyi hər hansı bir yerdə olmasından asılı olmayaraq, İsrail limanları ilə işləyən istənilən şirkətin bütün gəmilərinə zərbələr endirməyi nəzərdə tutur", - Saria bildirib.

Oxşar xəbərlər

Husilər İran-İsrail münaqişəsinə qoşulacağı təqdirdə ABŞ gəmilərinə hücum edəcək
Husilər Ben-Qurion hava limanına raket zərbələri endirdiklərini bildiriblər
Husilər İsrailin hava limanına yenidən zərbə endiriblər
Husilər İsrailə raket zərbəsi endirib
Husilər ABŞ-nin “Harry Truman” təyyarədaşıyan gəmisinə zərbə endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər