Husilər İsrailə raket zərbəsi endirib
sizinxeber.az xəbər saytı

Husilər İsrailə raket zərbəsi endirib


Yəmənin "Ənsar Allah" hərəkatından olan husi üsyançıları İsrail ərazisinə raket zərbəsi endirərək, Tel-Əvivdəki Ben-Qurion hava limanına hücum ediblər.

"Report"un məlumatına görə, bu barədə husilərə məxsus "Al Masirah" televiziya kanalının efirində üsyançıların formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria bildirib.

"Yəmən silahlı qüvvələrinin raket qoşunları işğal olunmuş Yaffa rayonundakı (Tel-Əviv - red.) Ben-Qurion hava limanına "Fələstin-2" hipersəs ballistik raketi ilə hücum edərək hərbi əməliyyat keçirib. Əməliyyat uğurla hədəfinə çatıb", - deyə "Ənsar Allah" nümayəndəsi bildirib.

Onun sözlərinə görə, zərbə nəticəsində hava limanının fəaliyyəti dayandırılıb.

Saria həmçinin bildirib ki, Yəmən üsyançıları üç pilotsuz uçuş aparatı vasitəsilə İsrailin Aşkelon, Tel-Əviv və Eylat şəhərlərindəki "həssas obyektlərə" hücum ediblər.

Daha əvvəl İsrail ordusu Yəməndən buraxılan raketin ələ keçirildiyini bildirib. Ölkənin bir neçə rayonunda sakinləri raket təhlükəsi barədə xəbərdar edən hava həyəcanı siqnalları səslənib.

Oxşar xəbərlər

Husilər Ben-Qurion hava limanına raket zərbələri endirdiklərini bildiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yəmən husiləri İsrailin Ben Qurion hava limanına raket zərbəsi endiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər Ben Qurion hava limanına növbəti raket zərbəsi endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər Tel-Əviv yaxınlığındakı hərbi obyektin məhv edildiyini iddia ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər İsrailin cənubunda Ramon hava limanına zərbə endiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər