Kamboca və Tailand arasında atışma yenidən başlayıb
Hər iki ölkənin ABŞ prezidenti Donald Trampın təklif etdiyi atəşkəs danışıqlarına razı olmasına baxmayaraq, dördüncü gündür ki, Kamboca və Tailand mübahisəli sərhədləri boyu zərbələr endirirlər.
“Report”un “CNN”ə istinadən verdiyi xəbərə görə, zərbələr Trampın davam edən döyüşlərin iki Cənubi Asiya ölkəsi ilə Vaşinqton arasında ticarət razılaşmalarına xələl gətirəcəyi ilə hədələməsindən bir neçə saat sonra yenidən başlayıb.
Tailand və Kamboca rəsmilərinin bildirdiyinə görə, Birləşmiş Millətlər Təşkilatı, ABŞ və Çinin döyüşləri dayandırmaq çağırışına baxmayaraq davam edən toqquşmalar cümə axşamı günündən bəri ən azı 32 nəfərin ölümünə və 200 mindən çox insanın didərgin düşməsinə səbəb olub.
Bu arada hər iki tərəf son sərhəd toqquşmasının başlamasında bir-birini günahlandırıb. Belə ki, Tailand hakimiyyəti hərbi əməliyyatları dayandırmağa hazır olmadıqlarını bildirib və Kambocanı Surin əyalətində, sərhəddə və bir sıra digər ərazilərdə mülki əraziləri ağır artilleriya atəşinə tutmaqda ittiham edib.
Oxşar xəbərlər
Tailand Kamboca ilə sərhəddə mübahisəli zirvəni nəzarətə götürüb
ABŞ Kamboca və Tailand arasındakı münaqişənin sülh yolu ilə həllinə çağırıb
Kamboca və Tailand liderləri atəşkəs üçün görüşməyə hazırlıqlarını təsdiqləyiblər
Tailand-Kamboca sərhədində silahlı toqquşmalarda 15 nəfər ölüb, 46 nəfər yaralanıb
Tailand və Kamboca atəşkəsə razılaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Azərbaycan bankı BOKT-a çevrildi
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
-
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib
