İsrael Kats: İsrail Fələstin dövlətinin yaradılmasına imkan verməyəcək
İsrail ayrıca Fələstin dövlətinin mümkün yaranma ehtimalını öz təhlükəsizliyinə təhdid hesab edir və onun yaradılmasına imkan verməyəcək.
“Sizinxeber.az” xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats Fransa prezidenti Emmanuel Makronun Fələstini dövlət kimi tanımaq qərarını şərh edərkən deyib.
Katsın sözlərinə görə, Makronun Fələstin dövlətini tanımaq niyyətini açıqlaması biabırçılıq və terrora təslim olmaqdır, eyni zamanda (7 oktyabr 2023-cü ildə - Red) yəhudi xalqının Holokostdan sonra ən dəhşətli qətliamını törədən “HƏMAS”dan olan qatillərə və təcavüzkarlara mükafat və dəstəkdir:
“Fransa prezidenti bu çətin zamanda İsraili dəstəkləmək əvəzinə onu zəiflətməyə çalışır. Təhlükəsizliyimizə xələl gətirəcək, varlığımızı təhdid edəcək və İsrail torpağına olan tarixi haqqımızı pozacaq Fələstin qurumunun yaradılmasına icazə verməyəcəyik. Biz hamımız bu ciddi təhlükənin qarşısını almaq üçün birləşmişik”.
Oxşar xəbərlər
Fransa Fələstin dövlətini tanımaq niyyətindədir
Fransa Fələstin dövlətini rəsmən tanıyacaq
İsrail Beyrutdakı hücumların hədəflərini açıqlayıb
İsrail HƏMAS girovları azad edənə qədər Qəzza əməliyyatını genişləndirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
