İsrail Beyrutdakı hücumların hədəflərini açıqlayıb
sizinxeber.az xəbər saytı

İsrail Beyrutdakı hücumların hədəflərini açıqlayıb


İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun cənub ətrafı olan Dahiyeyə iyunun 5-i axşamı endirdiyi zərbələr pilotsuz uçuş aparatları (PUA) zavodlarına və onların anbarlarına yönəlmişdi.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Kats “X” sosial şəbəkəsində bildirib.

“Biz İsrail Baş naziri Binyamin Netanyahu ilə birlikdə İsrail Müdafiə Qüvvələrinə bu axşam Beyrutun Dahiye rayonunun mərkəzində "Hizbullah" terror təşkilatı tərəfindən pilotsuz uçuş aparatlarının istehsalı və saxlanması üçün istifadə olunan binaları hücum edib məhv etmək əmri verdik”, – o yazıb.

Kats eyni zamanda qeyd edib ki, bu hərəkətlər İsrail və Livan arasında atəşkəs rejiminin qorunmasına yönəlib. “Biz atəşkəs qaydalarına güzəşt riayət olunmasını təmin etməyə davam edəcəyik və heç bir tərəfin İsrailin şimal yaşayış məntəqələri və İsrail Dövlətinin bütün vətəndaşları üçün təhdid yaratmasına imkan verməyəcəyik”, – nazir əlavə edib.

Eyni zamanda o, baş verənlərə görə məsuliyyəti Livan hakimiyyətinə həvalə edib. “Biz Livan hökumətini atəşkəsin pozulmasının və İsrail Dövlətinə qarşı yönəlmiş hər hansı terror fəaliyyətinin qabaqlanmasında birbaşa məsul hesab edirik”, – Kats qeyd edib.

Oxşar xəbərlər

İsrail Müdafiə Qüvvələri Livanda “Hizbullah”ın hava bölməsinin komandirini hədəfə alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu İsrail ordusuna husilərin strateji hədəflərinə hücum etməyi əmr edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Livandakı silah anbarlarına zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Livanda “Hizbullah”ın 800-ə yaxın hədəfinə hücum etdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Hava Qüvvələri Beyrutun cənub ətrafına hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər