Fransa Fələstin dövlətini rəsmən tanıyacaq
Fransa BMT Baş Assambleyasının (GA) sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini rəsmən tanıyacaq.
“Report” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron X-də bildirib.
“Mən qərara gəldim ki, Fransa Fələstin dövlətini tanıyacaq. Mən bunu bu ilin sentyabrında BMT Baş Assambleyasında təntənəli şəkildə elan edəcəyəm. İndi ən vacibi Qəzzada müharibəni dərhal dayandırmaq və mülki əhaliyə yardım göstərməkdir”, - o qeyd edib.
Onun sözlərinə görə, hazırda Fələstinin HƏMAS hərəkatının demilitarizasiyasını, həmçinin Qəzzanın təhlükəsizliyini və bərpasını təmin etmək lazımdır:
“Nəhayət, Fələstin dövlətini qurmaq, onun həyat və qabiliyyətinə zəmanət vermək, silahsızlaşdırılmasını qəbul edərək və İsraili tam tanımaqla Yaxın Şərqin bütün xalqlarının təhlükəsizliyinə töhfə vermək imkanı vermək lazımdır”,
Fransa lideri Qəzza zolağında tezliklə atəşkəs əldə olunmasının vacibliyini də vurğulayıb.
Oxşar xəbərlər
Fransa Fələstin dövlətini tanımaq niyyətindədir
Makron: Fransa sentyabrda Fələstini tanıyacaq
Makron: HƏMAS Qəzza zolağının idarə edilməsində iştirak etməməlidir
Makron: Fələstin dövlətinin tanınması Yaxın Şərqdə sülhə aparan yeganə yoldur
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
