Fransa Fələstin dövlətini tanımaq niyyətindədir
Fransa Fələstin dövlətini tanımaqda qərarlıdır.
“Report”un “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə RTL kanalının efirində ölkənin xarici işlər naziri Jan-Noel Barro bildirib.
“Bir neçə gündən sonra Nyu-Yorkda baş tutacaq konfransla əlaqədar biz bir sıra ölkələri, eləcə də bütün maraqlı tərəfləri, xüsusilə Fələstin Milli Administrasiyasını, regionun ərəb ölkələrini Fələstin dövlətinin yaradılması və mövcudluğuna bütün maneələri aradan qaldırmaq üçün öhdəliklər götürməyə cəlb etmək əzmindəyik”, - o deyib.
Barro əlavə edib ki, eyni zamanda, HƏMAS hərəkatının tərksilah edilməsi mütləq zərurətdir, əks halda “Qəzza və Fələstin üçün gələcək sülh və sabitlik mümkün olmayacaq".
Aprel ayında Fransa Prezidenti Emmanuel Makron ölkənin bu ilin iyununda Fələstin dövlətini tanıyacağını gözlədiyini bildirmişdi.
Qeyd edək ki, iyunun 17-dən 20-dək BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İsrail-Fələstin münaqişəsinin həllinə dair beynəlxalq konfrans keçiriləcək.
Oxşar xəbərlər
Ermənistan və Fələstin diplomatik əlaqələr qurur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahunun ofisi İsrailin Fələstin dövlətinin tanınması ilə bağlı xəbəri təkzib edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fələstin hökuməti ABŞ konqresmenlərinin qərarını pisləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mahmud Abbas: Fələstin dövləti tanınmayana qədər Ər-Riyad İsraillə münasibətləri normallaşdırmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS Fələstin tərəfdarı olanları da öldürdü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












