Rüstəm Umerov: Ukrayna atəşkəsə və liderlərin görüşünə hazırdır
sizinxeber.az xəbər saytı

Rüstəm Umerov: Ukrayna atəşkəsə və liderlərin görüşünə hazırdır


Ukrayna atəşkəsə hazırdır və nümayəndə heyəti buna nail olmaq üçün istənilən, hətta ən kiçik fürsətdən istifadə edir.

"Report" xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.

"Bu gün Ukrayna Prezidentinin tapşırığına uyğun olaraq, nümayəndə heyəti İstanbuldadır. Danışıqlardan əvvəl komanda ilə son hazırlıq işlərini apardıq. Biz ədalətli və davamlı sülhün əldə olunması, bütün insanlarımızın, o cümlədən qanunsuz olaraq Rusiyaya deportasiya olunmamış uşaqların geri qaytarılması naminə danışıqlar prosesini davam etdiririk", - Umerov qeyd edib.

"Atəşkəs üçün bütün texniki mexanizmlər yaxşı məlumdur. Yeganə maneə Moskvanın qeyri-konstruktiv mövqeyidir", - Umerov əlavə edib.

O, həmçinin vurğulayıb ki, Ukrayna ardıcıl olaraq liderlərin görüşünün tərəfdarıdır.

"Biz dünən buna hazır idik, bu gün də hazırıq, sabah da hazır olacağıq. Rusiya öz hazırlığını nümayiş etdirməlidir", - Umerov yekunlaşdırıb.

Oxşar xəbərlər

Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə Umerov rəhbərlik edəcək
Umerov: ABŞ-nin atəşkəslə bağlı yardımına ümid edirik
Ukrayna Rusiyaya gələn həftə danışıqların yeni mərhələsini keçirməyi təklif edib
Medinski və Umerov İstanbulda danışıqlardan əvvəl ikitərəfli görüş keçirib
Umerov: Kiyev Rusiyanın nizamlanmaya dair memorandumunu öyrənmək niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər