İran BAEA-nın texniki missiyasını qəbul etməyə razılaşıb
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə qarşılıqlı fəaliyyətin yeni formatını müzakirə etmək üçün yaxın həftələrdə BMT-nin nüvə nəzarəti orqanının texniki missiyasını qəbul etməyə razılaşıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qaribabadi Nyu-Yorka səfəri zamanı bildirib.
“Nümayəndə heyəti İrana nüvə obyektlərinə baş çəkmək üçün yox, bu formatı müzakirə etmək üçün gələcək”, - deyə o, jurnalistlərin suallarını cavablandırıb.
Qaribabadi həmçinin bildirib ki, İran öz ehtiyaclarını ödəmək üçün uranı zənginləşdirmək niyyətindədir və bu işdə başqalarına arxalana bilməyəcəyini hesab edir.
“Zənginləşdirmə məsələsinə gəlincə, İran uranı öz ehtiyaclarına uyğun zənginləşdirəcək. Mən bunu deyə bilərəm. Özümüzə lazım olanları edə biləcək vəziyyətdə olmalıyıq... Bu məsələdə acınacaqlı təcrübəmiz olub. Biz üçüncü tərəfə arxalana bilmərik”, - o, Tehranın uranın zənginləşdirilməsinə moratorium qoymağa hazır olub-olmayacağı ilə bağlı sualın cavabında söyləyib.
Oxşar xəbərlər
BAEA rəhbəri İranın nüvə obyektlərinə baş çəkib
İran BAEA-nı şantaj edir
İran, Misir və BAEA nümayəndələri Qahirədə İranın nüvə proqramını müzakirə edib
KİV: İran uranın zənginləşdirilməsini dayandırmağa hazır olduğunu bildirib
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
