Almaniya kansleri ABŞ-nin "tarif müharibəsinin" Avropaya təsirini açıqlayıb
ABŞ ilə tarif münaqişəsi həll olunmasa, Avropa iqtisadi qeyri-müəyyənliklə üzləşəcək.
"Report"un məlumatına görə, bunu Almaniya kansleri Fridrix Merts Berlində Çexiyanın baş naziri Petr Fiala ilə birgə mətbuat konfransında deyib.
"ABŞ və Avropa arasında bu ticarət siyasəti transatlantik bazarı gücləndirməlidir, onu zəiflətməməlidir. Əks halda, bu münaqişə, xüsusilə Atlantik okeanının hər iki sahilindəki istehlakçılar üçün indidən daha çox ziyan vuracaq. Münaqişənin belə bir həlli olmadan, tam əksinə ehtiyac duyduğumuz bir vaxtda iqtisadi qeyri-müəyyənliklə üzləşmək riskimiz var”, - Merts əlavə edib.
ABŞ prezidenti Donald Tramp avqustun 1-dən etibarən Avropa İttifaqının polad, alüminium və avtomobillərinə artıq qüvvədə olan 10%-lik rüsumlara əlavə olaraq, bütün Avropa ixracatına 30% rüsum tətbiq etdiyini açıqlayıb.
Buna cavab olaraq, Avropa Komissiyasının sədri Ursula von der Leyen tariflərin transatlantik tədarük zəncirlərini sarsıdacağını deyib və avqustun 1-dək razılaşma əldə etməyə çağırıb.
Oxşar xəbərlər
Merts: ABŞ Avropa İttifaqı ilə gömrük rüsumlarına dair simmetrik razılaşmaya hazır deyil
Fridrix Merts: Rusiyaya qarşı 18-ci sanksiyalar paketi gələn həftə qəbul oluna bilər
Almaniya kansleri: Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır
Merts: Almaniyanın avtomobil sənayesi Trampın rüsumları səbəbindən hiss olunacaq itkilər yaşayır
KİV: Merts Almaniya kansleri seçkilərində ikinci tur səsverməsindən imtina edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
