Britaniya Ukraynanı silahlandırmaq üçün 50 günlük kampaniya elan etmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Britaniya Ukraynanı silahlandırmaq üçün 50 günlük kampaniya elan etmək niyyətindədir


Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukraynanın müdafiəsi üzrə əlaqə qrupunun iclasında tərəfdaş ölkələri Kiyevə hərbi dəstəyi artırmağa çağıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, C.Hili öz çıxışında qrup üzvlərini 50 gün müddətində Ukraynanı silahlandırmaq üçün kampaniya təşkil etməyə çağıracaq və ABŞ Prezidenti Donald Trampın təklifini dəstəkləyəcək.

Qeyd edək ki, D.Tramp iyulun 14-də Moskva və Vaşinqton 50 gün ərzində Ukraynada nizamlanma ilə bağlı razılığa gəlməsə, Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı yeni sanksiyaların tətbiq ediləcəyi ilə hədələmişdi.

Həmçinin bildirilib ki, görüşdə Almaniya və Britaniya Berlindən 170 milyon avro məbləğində maliyyələşdirmədən istifadə edərək hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlərin alınması barədə razılığa gələ bilərlər.

Oxşar xəbərlər

Böyük Britaniya müdafiə xərclərini artıracaq
Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt sterlinq hərbi yardım ayıracaq - YENİLƏNİB
London 2025-ci ildə Kiyevə 280 milyon dollardan çox silah tədarük edəcək
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
Britaniya Ukraynaya Beynəlxalq Yardım Fonduna 1,3 milyard dollardan çox vəsait toplayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər