Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
iy
2025
11:00

Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - YENİLƏNİB

18 iy, 2025
11:00
372

Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - YENİLƏNİB

Avropa İttifaqı (Aİ) 18-ci sanksiyalar paketi çərçivəsində Rusiyanın 22 bankına qarşı məhdudiyyətlər tətbiq edəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kyastutis Budris bildirib.

KİV-in məlumatına görə, yeni sanksiyalar Rusiya neftinin qiymət tavanının təxminən 47,6 dollara qədər azaldılmasını nəzərdə tutur.

10:15

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yeni sanksiyalar paketi fiziki və hüquqi şəxslərin siyahısının genişləndirilməsini, Rusiya neftini daşıyan tankerlərə və bir sıra banklara qarşı məhdudiyyətləri, həmçinin ikili təyinatlı mal və texnologiyalara qarşı yeni ixrac məhdudiyyətlərini nəzərdə tutur.

Aİ Şurası yaxın saatlarda sanksiyalar paketini yazılı prosedurla təsdiq etməlidir, bundan sonra sanksiyalar qüvvəyə minəcək.

Bizimlə əlaqə saxlayın