NATO Baş katibi: Ukrayna həqiqətən böyük miqdarda hərbi texnika ala bilər
sizinxeber.az xəbər saytı

NATO Baş katibi: Ukrayna həqiqətən böyük miqdarda hərbi texnika ala bilər


Ukrayna hava hücumundan müdafiə, raket və sursat üçün həqiqətən böyük miqdarda hərbi texnika əldə edə bilər.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla keçirdiyi mətbuat konfransında deyib.

O əlavə edib ki, bu, Ukrayna üçün əla xəbərdir və Prezident Trampa təşəkkür edib.

NATO Baş katibi Trampın Ukraynanın Rusiyaya qarşı müdafiə olunmaq qabiliyyətini qoruyub saxlamasına imkan yaradan qərar verdiyini söyləyib və əlavə edib ki, bunun əvəzini avropalılar ödəyəcək. Tramp isə bunu tamamilə məntiqli adlandırıb.

Bunun NATO sammitinin böyük uğurunun davamı olduğunu deyən Rutte avropalıların aktivləşdiyini əlavə edib.

Oxşar xəbərlər

NATO-nun Baş katibi Trampla görüşüb
NATO Baş katibi: Trampın sayəsində Ukrayna-Rusiya münaqişəsində danışıqlara start verilib
Rutte NATO-nun Ukrayna üzrə komandanlığının işə başladığını açıqlayıb
Rutte: Ukraynanın NATO-ya daxil olması geri dönməz prosesdir
Tramp NATO-nun baş katibi ilə görüşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle