Tramp Rusiyanı sərt tariflərlə hədələyib
sizinxeber.az xəbər saytı

Tramp Rusiyanı sərt tariflərlə hədələyib


ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında 50 gün ərzində razılaşma əldə olunmayacağı təqdirdə Birləşmiş Ştatların Rusiyaya qarşı çox sərt tariflər tətbiq edəcəyini açıqlayıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında bildirib.

Tramp vurğulayıb ki, söhbət 100 % həcmində ikinci dərəcəli tariflərdən gedir.

Ağ Evin rəhbəri, həmçinin qeyd edib ki, Rusiyanın Ukrayna ilə münaqişədə atdığı addımlardan çox narazıdır və Prezident Vladimir Putin onu məyus edib.

O əlavə edib ki, Ukraynadakı müharibənin tez bir zamanda bitməsini istəyir.

Oxşar xəbərlər

Tramp Putinə qəzəblənib, Rusiyanı yeni tariflərlə hədələyib
Tramp Zelenskinin Ukrayna danışıqlarında iştirak edəcəyini bildirib
Tramp NATO-nun baş katibi ilə görüşəcək
Tramp: Ukrayna ilə bağlı razılaşma olmazsa, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırıq
Ağ Evdə Tramp və Rutte arasında görüş başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər