Səudiyyə Ərəbistanı Rusiya və ABŞ arasında danışıqlar üçün ev sahibliyi təklif edib
sizinxeber.az xəbər saytı

Səudiyyə Ərəbistanı Rusiya və ABŞ arasında danışıqlar üçün ev sahibliyi təklif edib


Səudiyyə Ərəbistanı Rusiya və ABŞ arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

"Report" xəbər verir ki, bunu krallığın sənaye və mineral sərvətlər naziri Bəndər əl-Xureyf TASS-a deyib.

"Səudiyyə Ərəbistanı dünya ictimaiyyətinin razılığa gəlməsinə kömək üçün hər şeyi etməyə çalışır", - nazir vurğulayıb.

O qeyd edib ki, vəliəhdin rəhbərlik etdiyi ölkə rəhbərliyi regionun sabitləşməsi üçün səylər göstərir ki, bu da milli maraqlara uyğundur. Əl-Xureif əlavə edib ki, krallıq istənilən faydalı təşəbbüslərdən istifadə edəcək.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Malayziyada keçirilən Şərqi Asiya Sammiti (EAS) çərçivəsində danışıqlar aparıblar.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, diplomatlar ikitərəfli gündəlikdəki məsələlərin bütün spektri və dünyadakı vəziyyətlə bağlı qeydləri hərtərəfli müqayisə ediblər. Xüsusən də iki ölkənin XİN rəhbərləri Ukraynadakı vəziyyət, Suriya və İrandakı hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Lavrov: Rusiya Səudiyyə Ərəbistanını ABŞ ilə danışıqlar üçün platforma kimi nəzərdən keçirə bilər
XİN: Qətər Rusiya və ABŞ arasında danışıqlar üçün platforma ola bilər
Lavrov və Rubio Ukraynada vəziyyəti müzakirə ediblər
Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir
Rusiya XİN: Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər