XİN: Qətər Rusiya və ABŞ arasında danışıqlar üçün platforma ola bilər
sizinxeber.az xəbər saytı

XİN: Qətər Rusiya və ABŞ arasında danışıqlar üçün platforma ola bilər


Rusiya və ABŞ arasında Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin gedişini izləyir və gərginliyi azaltmağa kömək edə biləcək bütün diplomatik həll yollarını alqışlayırıq.

“Report” xəbər verir ki, bu barədə "Kommersant" qəzetinə müsahibəsində Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

Onun sözlərinə görə, Doha danışıqlar üçün öz platformasını təqdim etməyə hazırdır.

"Əgər bizim vasitəçilik təcrübəmiz və ya danışıqlar platformamız nə vaxtsa tərəflər üçün faydalı olarsa, Qətər həmişə danışıqlara kömək etməyə hazırdır", - nümayəndə bildirib və əlavə edib ki, bu, yalnız proses iştirakçıları tərəfindən müvafiq müraciətin olduğu təqdirdə mümkündür.

Oxşar xəbərlər

XİN: Qətər Qəzza üzrə danışıqlarda vasitəçiliyi dayandırıb
Peskov: Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır
Slovakiya Ukrayna üzrə danışıqlar üçün platforma təqdim etməyə hazırdır
Lavrov: Moskva Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırdır
Tokayev: Bakı ilə İrəvan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər