Kaya Kallas: Aİ və İsrail humanitar yüklərin Qəzzaya daxil olmasının genişləndirilməsi barədə razılığa gəlib
sizinxeber.az xəbər saytı

Kaya Kallas: Aİ və İsrail humanitar yüklərin Qəzzaya daxil olmasının genişləndirilməsi barədə razılığa gəlib


İsrail Avropa İttifaqı (Aİ) ilə konstruktiv dialoq nəticəsində Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün biz İsraillə Qəzzaya humanitar girişin genişləndirilməsi barədə razılığa gəldik. Bu razılaşma daha çox nəzarət-keçid məntəqələrinin açılması, Qəzzaya humanitar yardım və ərzaq daşıyan yük maşınlarının girişi, bir sıra infrastrukturun təmirini və s. nəzərdə tutur. Biz İsrailin razılaşdırılmış bütün tədbirləri həyata keçirəcəyinə ümid edirik", - K.Kallas deyib.

Təşkilatın bəyanatına görə, Aİ və İsrail genişmiqyaslı humanitar yardımın birbaşa Qəzza əhalisinə çatdırılması və bir sıra digər məsələlər barədə razılığa gəlib.

Oxşar xəbərlər

Aİ və İsrail Qəzzadakı humanitar vəziyyətlə bağlı razılığa gəlib
İsrail: Qəzzaya humanitar yardım daşıyan ilk beş yük maşını buraxılıb
Türkiyə MN: Humanitar yardımların Qəzzaya davamlı çatdırılması regionda atəşkəs üçün şərtdir
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər