Tramp daha çox səlahiyyət istəyir
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi haqqında qanun layihəsini yalnız səlahiyyətlərinin genişləndiriləcəyi təqdirdə dəstəkləməyə hazırdır.
"Report"un məlumatına görə, bu barədə "Politico" qəzeti Ağ Evdəki mənbələrə istinadən bildirib.
Nəşr qeyd edir ki, qanun layihəsi hazırkı formasında prezidentə "Rusiya nefti və uranı alan ölkələrə qarşı 500 faizlik rüsumları 180 gün müddətinə ləğv etmək" imkanı verir. Eyni zamanda, layihənin həmmüəllifi olan senator Lindsi Qrem (Cənubi Karolina ştatından respublikaçı - red.) layihəni elə şəkildə yenidən nəzərdən keçirməyə razılaşıb ki, Trampın Konqresin icazəsi ilə rüsumları təkrar ləğv etmək imkanı olsun.
Qəzetin məlumatına görə, dövlət başçısı qanun layihəsini yalnız "daha çox nəzarət əldə edəcəyi" təqdirdə "imzalamağa hazırdır".
Oxşar xəbərlər
Tramp Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini dəstəkləyir
Tramp Senatdan Rusiyaya qarşı sanksiyalara hələlik baxmamağı xahiş edib
Rusiya Ukrayna ilə sazişdən imtina edərsə, ABŞ ona sanksiyalar tətbiq edə bilər
Trampın xüsusi nümayəndəsi: Rusiyaya qarşı yeni sanksiyalar hazırdır
ABŞ Konqresinə Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsi təqdim olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
