Tramp: ABŞ Ukraynaya silah verəcək
ABŞ Ukraynaya silah tədarük etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə ABŞ Pprezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Biz daha bir neçə silah göndərəcəyik. Onlar özlərini müdafiə edə bilməlidirlər", - Tramp Amerika administrasiyasının Kiyevə silah tədarükü planlarının olub-olmaması sualına cavabında deyib.
O, həmçinin qeyd edib ki, Fələstinin radikal HƏMAS hərəkatı atəşkəsə can atır və Qəzza zolağında baş verən yeni insident buna maneə deyil.
"Mən belə düşünmürəm. Görüşmək istədilər və atəşkəs istəyirlər, buna görə də belə zənn etmirəm", - Tramp İsrailin azı bir hərbi qulluqçusunun yaralandığı və ya öldürüldüyü hadisənin atəşkəs danışıqlarına mane olub-olmadığı soruşulduqda deyib.
Oxşar xəbərlər
Tramp Avropaya Ukrayna üçün ABŞ-dən silah almağa icazə verəcək
KİV: ABŞ Tramp-Zelenski görüşündən sonra Ukraynaya silah tədarükünü dayandırıb
Tramp: "Bayden faktiki olaraq bütün silahları Ukraynaya verib"
Tramp Ukraynaya “Patriot” raketlərinin göndəriləcəyini güman edir
Tramp Ukraynaya "Patriot"lar üçün raketlərin göndərilməsinin mümkünlüyünü etiraf edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
