Ukraynanın silsilə partlayışlardan sonra dağılan kəndindən FOTOREPORTAJ
sizinxeber.az xəbər saytı

Ukraynanın silsilə partlayışlardan sonra dağılan kəndindən FOTOREPORTAJ


Berezina kəndi Ukraynanın Jitomir vilayətində Belarusla sərhədə yaxındır. Bu günlərdə ardıcıl və həyəcan siqnalları olmadan kənddə baş verən silsilə partlayışlar kəndin yarıdan çox hissəsini dağıdıb.

"Sizinxeber.az"un Şərqi Avropa bürosunun əməkdaşı həmin kənddə olub və sakinlərlə söhbət edib.

Sakinlərdən Volodimir Yontenko və Larisa Qavrilyuk bildirib ki, partlayışlar həyəcan siqnalları olmadan və anidən baş verib:

"Kənd alova və dumana bürünərək xarabalığa çevrildi".

Yaxınlıqdakı zavoda olan bu hücumların diversiya qrupları tərəfindən törədildiyi ehtimal edilir. Hücumlar nəticəsində 5 nəfərin həlak olduğu, 30 nəfərin yaralandığı bildirilir. Evlərin çoxu və kommunikasiya sistemi dağılıb.

Oxşar xəbərlər

Ukraynada partlayışlar olub, ölən və yaralananlar var
Kiyevdə partlayışlar baş verib
Nyu-Yorkda silsilə partlayışlar baş verib
İranın Xuzistan əyalətində silsilə partlayışlar baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər