Tramp: İran uranın zənginləşdirilməsindən imtina etməyib
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran nüvə proqramının beynəlxalq yoxlamalarına razılıq verməyib və uranın zənginləşdirilməsindən imtina etməyib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu prezident Nyu-Cersiyə gedərkən təyyarədə jurnalistlərə bildirib.
"Deyərdim ki, onların proqramı həmişəlik dayandırılıb. Əgər onlar yenidən başlamağa cəhd etsələr, böyük ehtimalla, başqa bir obyektdə olacaq. Əgər başlasalar - bu problem olacaq", - D.Tramp qeyd edib.
ABŞ Prezidenti, həmçinin vurğulayıb ki, İranın nüvə proqramının bərpasına imkan verməyəcək.
Qeyd edək ki, İran parlamenti artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın nüvə infrastrukturunun təhlükəsizliyi və toxunulmazlığı təmin edilənə qədər dayandırılması haqqında qanun qəbul edib.
Oxşar xəbərlər
İran XİN: Uranın zənginləşdirilməsindən imtina etməyəcəyik
Pezeşkian AEBA ilə əməkdaşlığın dayandırılması haqqında qərar verib
İran XİN uranın zənginləşdirilməsinə qoyulan qadağaları “qırmızı xətt” adlandırıb
İran Prezidenti: Uranın zənginləşdirilməsini dayandırmayacağıq
İran AEBA-nı nüvə fəaliyyəti ilə bağlı məlumatlandırmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
