ABŞ "vicdanlı ticarət danışığı" aparanlara güzəştə gedəcək
sizinxeber.az xəbər saytı

ABŞ "vicdanlı ticarət danışığı" aparanlara güzəştə gedəcək


ABŞ Vaşinqtonla vicdanlı ticarət danışıqları aparan ölkələrə qarşı gömrük rüsumunu 10% səviyyəsində müəyyən edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent "Bloomberg TV"-yə müsahibəsində bildirib.

"Prezident (ABŞ prezidenti Donald Tramp - red.) vicdanlı danışıqlar aparanları təşviq etmək istəyir. Düşünürəm ki, təxminən 100 ölkə minimum 10% cavab rüsumu alacaq, sonra baxarıq", - deyə o bildirib.

Bessentin fikrincə, ticarət sazişlərinin bağlanması üçün son müddət kimi göstərilən 9 iyuladək bir sıra ölkələrlə "silsiləli şəkildə sazişlərin imzalanmasını gözləmək olar".

Oxşar xəbərlər

ABŞ-də iyulun əvvəlində ticarət razılaşmasının bağlanması ətrafında ajiotaj gözlənilir
Çin və ABŞ Cenevrədə iki raund danışıqlar keçirib
Tramp: ABŞ və Çin arasında ticarət danışıqları keçiriləcək
Tramp bütün ölkələr üçün 10% tarifi saxlamaq niyyətindədir
Ağ ev: Tramp Çin ilə ticarət sazişinə açıqdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər