Serbiyada etirazçılar tələblər yerinə yetirilənədək küçələri bağlayacaqlarını bildiriblər
Serbiyada etirazçılar sosial media vasitəsilə daha əvvəl saxlanılmış aksiyaçıların dərhal azad edilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi də daxil olmaqla, "tələblər yerinə yetirilənə qədər" öz rayonlarında yolların, küçələrin və kəsişmələrin tam bloklanmasına başladıqlarını elan ediblər.
Bu barədə “Sizinxeber.az” TASS-a istinadən xəbər verir.
"Dünən və bu gün vətəndaşların və tələbələrin ultimatumuna əməl olunmamasından və kütləvi həbslərdən sonra Serbiyanın hər yerində vətəndaşların toplantıları öz bələdiyyələrində kəsişmələri, yolları və küçələri bağlamaq qərarına gəliblər. Tələblər yerinə yetirilənə qədər!", - təşkilatçılar sosial şəbəkədə bildiriblər.
Serbiya Baş nazirinin müavini və daxili işlər naziri İvitsa Daçiç bildirib ki, polis zorakılıq törətməkdə şübhəli bilinən tələbələrin həbsinə etiraz edən aksiyalarının iştirakçılarının bazar günü axşam toplaşdığı Belqraddakı vəziyyəti diqqətlə izləyəcək. O, həmçinin vətəndaşları polislə toqquşmaya səbəb ola biləcək vəziyyətlər yaratmamağa çağırıb.
Serbiya Prezidentinin regional məsələlər üzrə müşaviri və Serb Tərəqqi Partiyasının sədri Miloş Vuçeviç bazar günü səhər saatlarında ölkənin səlahiyyətli orqanlarını Belqrad və digər şəhərlərdə davam edən küçə etirazlarına və yol blokadalarına dərhal reaksiya verməyə çağırıb.
Oxşar xəbərlər
Serbiyada etirazçılar ən böyük nəqliyyat qovşağını bağlayıblar
Çin Serbiyada etirazlar fonunda Prezidenti dəstəkləyib
Serbiyada vağzal binasının talvarı uçub, 13 nəfər həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Kiyevdə ardıcıl partlayışlar oldu
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
