Serbiyada vağzal binasının talvarı uçub, 13 nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Serbiyada vağzal binasının talvarı uçub, 13 nəfər həlak olub


Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

“Report” “Tanyuq” dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İvitsa Daçiç bildirib.

“Səkkiz qurban olduğu zaman biz dağıntılar altında daha beş nəfərin olduğunu bilirdik, lakin onların sağ və ya ölü olduğunu müəyyən edə bilmirdik”, – agentlik Daçiçdən sitat gətirib.

Hüquq-mühafizə qurumunun rəhbəri xilasetmə əməliyyatında iştirak edən hər kəsə təşəkkürünü bildirib və qurbanların identifikasiyasının aparıldığını qeyd edib. “Ağır mənzərədir. Bütün bu beton konstruksiyaları qaldırmaq lazımdır”, – nazir əlavə edib.

Serbiya hökuməti 2 noyabrı milli matəm günü elan edib.

Oxşar xəbərlər

Serbiyada terror təhlükəsi ilə əlaqədar qırmızı həyəcan elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Serbiyada dəmiryol vağzalının damı uçub, 8 nəfər həlak olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Serbiyada dəmiryol vağzalının damı uçub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Afrikada binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 140 nəfəri ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər