Çin Serbiyada etirazlar fonunda Prezidenti dəstəkləyib
- 27-01-2025, 12:30
- DÜNYA / Digər ölkələr
- 0
- 814
Çin hakimiyyəti Serbiya Prezidenti Aleksandar Vuçiçi dəstəkləyir və onun milli sosial-iqtisadi inkişafın təmin edilməsində göstərdiyi səyləri uğurlu hesab edir.
“Report” TASS-a istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq belə bəyanatla Serbiyadakı etiraz aksiyalarını şərh edərkən çıxış edib.
"Son illər Prezident Vuçiçin rəhbərliyi altında Serbiya öz müstəqilliyini və suverenliyini qətiyyətlə qoruyub saxlayır və sosial-iqtisadi inkişafda böyük tərəqqiyə nail olub. İnanırıq ki, Serbiya tərəfi ümumi sosial sabitliyi və inkişafdakı müsbət impulsu qoruyub saxlamaq üçün müdrikliyə və bacarığa malikdir", - o, brifinqdə vurğulayıb.
Mao Nin qeyd edib ki, Çin həmişə Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edib, sabitliyin və milli maraqların təmin edilməsində göstərdiyi səyləri dəstəkləyib.
Xatırladaq ki, noyabr ayından etibarən Serbiyada tələbələr və müxalifət qüvvələri Novi-Sad, Belqrad və bir sıra digər şəhərlərdə etiraz aksiyaları keçirirlər. İştirakçılar noyabrın 1-də Novi-Sad dəmir yolu vağzalında uçqunun baş verdiyi vaxtda, yəni saat 11:52-də 15 dəqiqə müddətinə küçələri bağlayırlar. Onlar faciənin baş verməsində təqsirkar olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edirlər. Təhsil müəssisələrinin tələbələri etiraz aksiyalarında fəal iştirak edirlər. Təxminən 50 universitet və gimnaziya tələbələrin boykotu səbəbindən fəaliyyətini dayandırıb.


width="220" alt="Muxtar Babayev Serbiya Prezidenti ilə görüşüb" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />