Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib
ABŞ Nümayəndələr Palatasının üzvü Baddi Karter ölkə prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərdiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə Karter sosial media hesabında yazıb.
“İsrail və İran arasında atəşkəsin əldə olunmasında, ikincinin planetin ən ölümcül silahlarına sahib olmasının qarşısının alınmasında onun tarixi rolunun tanınması üçün Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərdim”, - o qeyd edib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İran cavab hücumu həyata keçirib.
İyunun 23-ü axşam saatlarında Tehran ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi hava bazası olan Qətərdəki Əl-Udeydə raket zərbəsi endirib.
İyunun 24-ə keçən gecə ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini elan edib. İsrail bundan əvvəl İranın atəşkəsi pozaraq raketlər atdığını bəyan edib. İran Silahlı Qüvvələrinin Baş Qərargahı raket zərbəsi ilə bağlı məlumatı təkzib edib.
Oxşar xəbərlər
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Pakistanın keçmiş baş naziri Nobel Sülh Mükafatına namizəd göstərilib
ABŞ Prezidenti İrana hücumdan sonra xalqa müraciət edib
Tramp İran və İsrail arasındakı atəşkəsi şərh edib
İsrailin Baş naziri İrana yeni zərbələr endiriləcəyini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












