ABŞ BMT TŞ-yə İranla saziş bağlamağa çalışdığı barədə məlumat verib
sizinxeber.az xəbər saytı

ABŞ BMT TŞ-yə İranla saziş bağlamağa çalışdığı barədə məlumat verib


Birləşmiş Ştatlar Tehranın nüvə proqramı ilə bağlı İranla razılaşma əldə etməyə çalışır; belə bir razılaşma bölgəyə sülh və firavanlıq gətirəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki müvəqqəti işlər vəkili Doroti Şinin Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubunda deyilir.

“Birləşmiş Ştatlar İran hökuməti ilə saziş bağlamaq cəhdinə sadiqdir”, - sənəddə deyilir. Qeyd olunur ki, əgər İran hökuməti nüvə ambisiyalarından əl çəksə və bir daha heç vaxt nüvə silahı əldə etməyə çalışmasa, onda bu saziş İran xalqına böyük fayda verəcək və bütün regiona sülh və rifah gətirəcək.

Eyni zamanda, məktubda qeyd edilir ki, İrandan yeni cavab veriləcəyi təqdirdə Birləşmiş Ştatlar ABŞ vətəndaşlarına qarşı təhdidlərə cavab vermək və ya “müttəfiqlərin və tərəfdaşların kollektiv müdafiəsinin bir hissəsi kimi” “özünümüdafiə hüququna uyğun olaraq zəruri ola biləcək əlavə tədbirlər” görmək hüququnu özündə saxlayır.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Birləşmiş Ştatlar münaqişəyə doqquz gün sonra daxil olub: iyunun 22-nə keçən gecə ABŞ hərbi qüvvələri İranın üç nüvə obyektinə hücum edib. İyunun 23-də axşam saatlarında Tehran ABŞ-nin Yaxın Şərqdəki ən böyük - Qətərdəki Əl-Udeyd aviabazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, itki yoxdur və ciddi ziyan dəyməyib. Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib.

Oxşar xəbərlər

Netanyahu: İranla razılaşma onu uranı zənginləşdirmək imkanından məhrum etməlidir
Tramp İranla nüvə sazişi üzrə irəliləyişin əldə olunduğunu açıqlayıb
Tramp İranla sövdələşmənin şərtini açıqlayıb
Tramp: İranın nüvə silahı varsa, heç bir sülh ola bilməz
BMT-nin daimi nümayəndəsi: İran təcavüzə cavab vermək hüququnu özündə saxlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər