Pentaqon ABŞ müdafiə büdcəsinin Çinin cilovlanmasına yönəldiyini bildirib
- 27-06-2025, 07:00
- DÜNYA / Digər ölkələr
- 0
- 939
ABŞ-nin 2026 maliyyə ili üçün (oktyabrın 1-də başlayacaq) 1,01 trilyon dollar həcmində müdafiə büdcəsi layihəsi ilk növbədə Çinin cilovlanmasına və Amerika hərbi-sənaye kompleksinin aktivləşdirilməsinə yönəlib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Pentaqon nümayəndələri jurnalistlərə bildiriblər.
Qurumun əməkdaşlarından biri qeyd edib ki, “bu müdafiə büdcəsində prioritetlər daxili təhlükəsizlik, Hind-Sakit okean regionunda Çinin təcavüzünün cilovlandırılması, müdafiə-sənaye bazasının canlandırılmasıdır”. Nazirlik Konqresdən ABŞ quru qüvvələrinin ehtiyacları üçün 197,4 milyard dollar, Hərbi Dəniz Qüvvələri üçün 292,2 milyard dollar və Hərbi Hava Qüvvələri üçün 301,1 milyard dollar ayırmağı xahiş edir.
Pentaqon, xüsusilə, milli nüvə triadasının bütün komponentlərinin modernləşdirilməsi üçün 60 milyard dollar, ABŞ-nin yerləşdirmək istədiyi “Golden Dome” (“Qızıl günbəz”) raketdən müdafiə sisteminin yaradılmasına “ilkin kapital qoyuluşu” kimi 25 milyard dollar, altıncı nəsil F-47 qırıcı-bombardmançısının hazırlanması üçün 3,5 milyard dollar, hipersəs silahlarının hazırlanması üçün 3,9 milyard dollar almağı planlaşdırır. Bundan başqa, hərbi qurum kibertəhlükəsizliyin təmin edilməsi üçün 15,1 milyard dollar, hərbi-sənaye kompleksinin ehtiyaclarına təchizat zəncirlərinin təkmilləşdirilməsi üçün 1,3 milyard dollar, raket və digər döyüş sursatlarının istehsalının artırılması üçün 2,5 milyard dollar, sərhəd nəzarətinin gücləndirilməsi üçün 5 milyard dollar tələb edir.
Müdafiə büdcəsi layihəsinə əsasən, Pentaqon, əvvəllər gözlənildiyi kimi, 74 deyil, 47 ədəd beşinci nəsil “F-35 Lightning II” qırıcı-bombardmançısı almaq niyyətindədir. Bundan əlavə, o, “Boeing” korporasiyasının istehsalı olan “E-7 Wedgetail” uzaq radiolokasiya aşkarlama və idarəetmə təyyarələrinin alınmasından imtina etməyi tövsiyə edir.


width="220" alt="Pentaqon bu il hərbi kəşfiyyata 29,8 milyard dollar xərcləyib" />
width="220" alt="Tramp Konqresdən müdafiə büdcəsi üçün 1 trilyon dollar istəyir" />
width="220" alt="ABŞ F-47-yə 3,4 milyard dollar xərcləməyi planlaşdırır" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />