İsrail İranın qərbində raket və pilotsuz təyyarələrin saxlandığı yerlərə zərbələr endirib
sizinxeber.az xəbər saytı

İsrail İranın qərbində raket və pilotsuz təyyarələrin saxlandığı yerlərə zərbələr endirib


İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın qərbindəki hədəflərə irimiqyaslı zərbələr endirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Bu yaxınlarda 15 qırıcı təyyarə İranın qərbində genişmiqyaslı zərbələr dalğası həyata keçirib. İran silahlı qüvvələrinə məxsus yeraltı hərbi obyektlər, raket anbarları və pilotsuz uçuş aparatları hücuma məruz qalıb", - məlumatda bildirilir.

Bundan əlavə, Hərbi Hava Qüvvələrinin təyyarələri İranın mərkəzinə zərbə endirib, İsrail ərazisinə doğru atəş açmağa hazır olan raket buraxılış qurğularını məhv edib.

Oxşar xəbərlər

İsrail HHQ İranın F5 qırıcılarını vurub, onlarla hərbi obyektinə zərbələr endirib
İsrail İranın qərbindəki yeraltı raket obyektini vurub
İsrail aviasiyası İranın qərbində 35 raket anbarını sıradan çıxarıb
İsrail İranın bir neçə ballistik raket anbarını məhv edib
İsrail ordusu İranın iki aviabazasına zərbələr endirdiyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər